Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetin ən populyar şifrləmə alqoritmində boşluq aşkar olunub


İnternetdə məlumatların ötürülməsinin şifrlənməsi üçün istifadə olunan proqram təminatında boşluq aşkar edilib. Ekspertlər internet istifadəçilərinə bütün poçt, sosial şəbəkə və digər servislərin parollarını dəyişməyi tövsiyə edir.

“Heartbleed” adlandırılan boşluq çərşənbə axşamı “OpenSSL” açıq çıxış kodu ilə aşkar olunub. Ondan saytların əksəriyyəti istifadə edir. "Yahoo!”, “Facebook”, “Google” və “Amazon Web Services” şirkətləri artıq boşluğun aradan qaldırılması üzərində işlədiklərini və ya onu bütünlüklə aradan qaldırdıqlarını bəyan ediblər.

“Heartbleed” boşluğunu aşkar edən kompüter təhlükəsizliyi üzrə ekspertlər xəbərdarlıq edirlər ki, bu, yüz milyonlarla internet istifadəsi üçün ciddi nəticələrə gətirib çıxara bilər. Belə ki, boşluq serverin yaddaşındakı məlumatların (fərdi məlumatlar, kredit kartlarının parol və nömrələri) bir qismini ələ keçirməyə imkan verir, - “Vesti www.vesti.ru” yazır. 




09/04/14    Çap et