Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfon istifadəçilərinin 52%-i hər gün xəbər oxuyur


“HTC”-nin tədqiqatına əsasən, smartfon vasitəsilə hər bir istifadəçi dünya xəbərlərinə sürətli və asan giriş əldə edir

İnnovasiya texnologiyaları və mobil cihazların dizaynı sahəsində dünya lideri olan “HTC” şirkətinin apardığı yeni beynəlxalq tədqiqat cəmiyyətin informasiya inkişafı dövrünün artıq yaxınlaşdığını göstərdi. Sorğu Avstraliya, Fransa, Almaniya, Rusiya, Sinqapur, Tayvan, Böyük Britaniya və ABŞ sakinləri arasında aparılıb və on min nəfəri əhatə edib.
 
Tədqiqata əsasən, insanların yarısından çoxu (52%) hər gün xəbər yeniliklərini izləyir. Daha qısa xəbərlərə olan daim tələbat ümumi görüş dairəsinin genişlənməsinə dəstək göstərir. Bu fikir sosial şəbəkələrin insanları səfehləşdirməsi fikri ilə üst-üstə düşmür.
 
Xəbərlər zəruridir
 
 
“Mən xəbərləri hər gün öz smartfonumda izləyirəm. Onlar indi mənə daha maraqlı gəlir, çünki mən artıq onları asanlıqla əldə edə bilirəm, getdiyim yerdən asılı olmayaraq istənilən vaxt istənilən yerdə”, - deyə 22 yaşlı avstraliyalı bir xanım qeyd edir.
 
Xəbərlərə daha sürətli giriş məlumatların onlayn şəkildə yayılma faizini olduqca azaltmışdır. Yalnız hər səkkizinci istifadəçi (13%) xəbərləri sosial şəbəkələrdə bölüşür və yalnız 14% onları “layk” edir. İnsanlar tez-tez sosial şəbəkələrdə səhiyyə haqqında məlumatlarla (9%) və ya şou-biznesə aid materiallarla (4%) müqayisədə daha az əlçatan hesab edilən lokal xəbərləri oxuyur (30%). İstifadəçilərin fikrinə görə, bu cür kontentləri daha rahat şəkildə tapmaq olur.
 
Xəbərlərin gələcəyi
İstifadəçilər hər gün yeni material oxuyur. Bununla belə insanlar məlumatların ənənəvi verilmə üsulu ilə sosial şəbəkələrdəki yazıları daha az ayırmağa başlayıblar.
 
 
Kontent mənbələrinin seçilməsi və məlumatlı olmaq tələbatı arasındakı şərti əlaqə artıq bu gün gələcəkdə insanları maraqlandıra biləcək mövzulara öz təsirini göstərir. Xəbərlər daha sosial və fərdi maraqlara istiqamətlənən olacaqlar. Bu cür məlumat digər kontentlə birgə təqdim ediləcək – hava haqqında məlumat, təqvimdən xəbərdarlıqlar və ya sosial şəbəkələrdə statusun yenilənməsi. “HTC Blink Feed” funksiyası, “Facebook Paper” tətbiqetmələrinin və digər proqramların məşhurluğu yeni xəbərlər haqqında daim məlumatlı olmaq istəyi ilə birlikdə daim artacaq.
 
"Rəqəmli informasiya mənbələrinin sayının sürətlə artmasına cavab olaraq biz “HTC” şirkətində innovasiyalı “HTC Blink Feed” həllini işləyib hazırladıq. İstifadəçilərin dünya xəbərlərini və eyni zamanda sosial şəbəkələrdə olan məlumat axınlarını izləyə bilmələrini istədik. Eyni zamanda hər şey sürətli və intuitiv baxımdan aydın olmalı idi", - deyə “HTC”-nin kontent və servis üzrə direktoru İv Le Jan qeyd edib. 
 
"HTC Blink Feed” funksiyasının yaradılması zamanı məhz aktual kontentin təqdim olunması amili çox vacib idi. “HTC”-nin yeni tədqiqatı bizim üçün elə əvvəlcədən aydın olan məsələni bir daha təsdiq etdi - qısa xəbərlərin mövcudluğu hərtərəfli məlumatlı olan cəmiyyətin formalaşmasına gətirir. Məhz buna görə “HTC Blink Feed” funksiyası ötən ilin ən yaxşı smartfonlarından biri olan “HTC One” flaqmanının mövqelərini möhkəmləndirir: bütün seçilmiş kontent ani olaraq bir ekranda əks olunur. Cari ildə “HTC” mütəxəssisləri “HTC Blink Feed” üçün mütləq yenilik təqdim edəcəklər. İstifadəçilər real zaman rejimində müxtəlif mənbələrdən olan yeni xəbərlərə giriş əldə edəcəklər", - deyə İv Le Jan qeyd edir.




09/04/14    Çap et