Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanlı İT mütəxəssisi “Microsoft”un yüksək mükafatına layiq görülüb
“Microsoft” korporasiyası azərbaycanlı İT mütəxəssisi Elgüc Yusifbəylini “Microsoft”un ən dəyərli mütəxəssisi (“Most Valuable Proffesional” – MVP) adına layiq görüb.
“Microsoft” ən dəyərli mütəxəssis (MVP) mükafatını təşəkkür əlaməti olaraq entuziazm, texniki təcrübə və “Microsoft” məhsulları haqqında real məlumatı digərləri ilə bölüşən, müstəsna və müstəqil icma liderlərinə təqdim edir. Bu, “Microsoft” şirkətinin texniki icmaların dəstəyi və inkişafı çərçivəsində üzərinə götürdüyü məsuliyyətin bir hissəsidir.
“Microsoft” bu insanların texnologiya qavrama və inkişaf etdirməsində vacib rolunu qəbul edir və bu, öz növbəsində, müştərilər üçün daha keyfiyyətli məhsullar çatdırmağa bir köməkdir. 20 il öncə bu mükafat cəmi 37 icma liderlərinə təqdim olunmuşdu.
Bu gün sözügedən rəqəm artıq 4000-ə çatıb. Bu mütəxəssislər 40 dildə danışan 90 ölkəni təmsil edir.
Ən dəyərli mütəxəssislər “Microsoft” məhsullarını ətraflı bilmələri ilə yanaşı, həmçinin, bu məhsulların dünya boyu necə istehsal olunduqlarına da bələddirlər. “Microsoft” bu mütəxəssisləri öz texniki resursları ilə təmin etməklə, onları məhsul istehsalı üzrə komandasına dəvət edir və beləcə, onların təmsil etdiyi icmaların texnologiya inkişafında öz töhfələrini vermələri üçün şərait yaradır.
Bir çox hallarda ən dəyərli mütəxəssislərə məhsullar və gözlənilən texnologiyalar haqqında gizli məlumat verilməklə onların bu məhsullar haqqında rəyi öyrənilir.
Qeyd edək ki, E.Yusifbəyli 1983-cü ildə Naxçıvanda anadan olub. Hazırda o, “Əhməd Yasəvi” Universitetində informasiya sistemlərinin idarə olunması üzrə magistr təhsili alır. “Technet.az” layihəsinin təsisçisi olan E.Yusifbəyli həmçinin, “MCT (“Microsoft Certified Trainer”)”, “MCSE (“Microsoft Certified System Engineer”)” və “VCP (“VMware Certified Professional”)” sertifikatlarına layiq görülüb.
09/04/14 Çap et