Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiyada nömrə daşıma xidmətindən istifadə etmək istəyənlərin yarısı bunu edə bilməyib


Rusiya mobil rabitə operatorlarının nömrə daşıma xidmətindən istifadə etmək istəyənlərin yalnız yarısı bu xidmətdən uğurla yararlana biliblər.
 
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, 2013-cü ilin dekabrın birindən nömrənin daşınması ilə bağlı cəmi 261 min ərizə qəbul edilib, lakin onların 132 mindən az hissəsinin sifarişi yerinə yetirilib.
 

Bir çox hallarda operatorlar abunə haqda məlumatlar onların məlumat bazasındakı məlumatlarla uyğun gəlmədiyinə görə bu müraciətləri yerinə yetirməkdən imtina edirlər.
 
“Tele2” şirkətinin nümayəndəsi Konstantin Prokşin, rədd cavablarının 99% məlumatların düzgün göstərilmədiyi ilə bağlı olduğunu təsdiqləyib. Xidməti göstərilməməsi, həmçinin  nömrə istifadəçiyə məxsus olmadığı, abunəçinin operatora olan borcu ödənilmədiyi halda da bir şəbəkədən digərinə köçürülə bilməz. Hazırda Rusiyada xidmət “əl rejimi”ndə işləyir, bu da bir sıra problemlərin ortaya çıxmasına gətirib çıxarır. Gələcəkdə xidmətin tam avtomatlaşdırılması və vahid mexanizm kimi işləməsi təmin ediləcək.
 
Rusiyada xidmət göstərilməyə başlanandan operatorlar mütləq ərizələri qəbul etməlidilər, lakin xidmətin hansı müddət ərzində yerinə yetirilməsi onlardan asılı idi.  
Bu həftə keçid dövrü başa çatıb və artıq bütün operatorlar fiziki və hüquqi şəxslərin nömrələrini səkkiz gün ərzində istədikləri şəbəkəyə köçürməlidirlər. Bu müddət ərzində xidmət göstərilmədiyi halda operator abunəçiyə bu xidməti pulsuz şəkildə göstərməlidir.
 
Aynur Vəliyeva




09/04/14    Çap et