Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyada hər 10 kompüterdən 3-ü “Windows XP” platforması ilə işləyir
“Microsoft” şirkəti “Windows XP” dəstəyini dayandırıb, lakin 2001-ci ildə buraxılmış əməliyyat sistemi indiyədək kompüterlərin 28%-də istifadə olunur.
“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, “Statista” analitik agentliyinin son statistik məlumatlarına əsasən, dünyada təxminən 300 milyon kompüter indiyədək “Windows XP” platformasından istifadə edir. Agentlikdən bildirilib ki, hər 10 kompüterdən 3-ü əvvəlki kimi köhnəlmiş əməliyyat sistemi ilə işləyir.
“Windows XP” sisteminin təhlükəsizliyini möhkəmləndirən təhlükəsizlik yeniləmələrinin buraxılmayacağına baxmayaraq, istifadəçilərin əksəriyyəti müasir əməliyyat sistemlərinə keçmək istəmirlər. Yeniləmənin yüksək qiyməti əməliyyat sisteminin yeni versiyalarından imtinaya əsas səbəb kimi göstərilir.
Emil Hüseynov
10/04/14 Çap et