Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fransada işdən kənar vaxtda işçi məktubların göndərilməsi qadağan ediləcək


Fransanın “Les Echos” portalı yazır ki, Fransanın İT sənaye işçilərinin bir neçə həmkarlar ittifaqı ilə bağladığı sazişə əsasən, işə götürənlər öz əməkdaşlarına işdən kənar vaxtda elektron poçtla işçi məktublar göndərmək hüququna malik deyillər.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, fransızların fikrincə, əməkdaşların hüquqları məhdudlaşdırılmamalıdır.  Onlar hesab edirlər ki, işdən kənar vaxtda elektron poçt vasitəsilə qarşılıqlı əlaqə iş vaxtından artıq işlər üçün ödənilməmiş haqq kimi qanunvericilik pozuntusudur. Fransa liberal əmək qanunvericiliyi bütün dünyada tanınır: iş həftəsi 35 saatdır və ödənilən məzuniyyət ildə 6 həftə təşkil edir.

Emil Hüseynov




10/04/14    Çap et