Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nəhəng internet şirkətləri bir aya 275 milyard dollar itirib


Dünyanın on dörd nəhəng texnoloji şirkəti bazar dəyərinin beşdə bir hissəsini və ya 275 milyard dollar itirib. Bu barədə "The Financial Times" nəşri məlumat verib. Sahə şirkətlərinin dəyərinin aşağı düşməsi 2008-ci il qlobal maliyyə böhranından sonra qeydə alınan ən böyük azalma olub. Bununla yanaşı, səhmlər bazarı son həftələr ərzində ümumilikdə rekord səviyyədə qalıb.

"NASDAQ" birjasında biotexnoloji şirkətlərin dəyər indeksi fevralın sonundan təxminən 20 faiz təşkil edib. "Workday", "Splunk" və "Fire-Eye" kimi yeni proqram təminatı istehsalçılarının dəyəri 30-40 faiz azalıb.
Azalma həm ABŞ, həm də Şərqi Asiyanın qiymətli kağızlarında müşahidə olunub.

ABŞ-da "Facebook" sosial şəbəkəsinin qiymətli kağızlarının dəyəri 22 faiz, "Twitter" və "LinkedIn" xidmətlərinin 40 faiz aşağı düşüb. Dünya internet sahəsinin liderlərindən biri olan "Google" şirkətinin dəyərində isə 12 faiz azalma qeydə alınıb, - "Lenta www.lenta.ru" yazır.




10/04/14    Çap et