Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov Tallinndə “Şərq tərəfdaşlığı – kibercinayətkarlığa qarşı kooperasiya” (CyberCrime@EAP) beynəlxalq konfransında iştirak edib.
Avropa Şurası və Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının dəstəyi ilə təşkil olunmuş tədbirdə kibercinayətkarlıqla mübarizə sahəsində effektiv tədbirlər, eləcə də bu istiqamətdə “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələr arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Tədbirdə Estoniya tərəfi kibertəhlükəsizliyin təmin olunması sahəsində təcrübəsini bölüşüb, Avropa Şurasının ekspertləri kibertəhlükəsizliklə mübarizə mövzusunda təqdimatla çıxış ediblər.
Konfransda kiberhücumlara qarşı mübarizə strategiyasının formalaşdırılması və kibertəhlükəsizliyin təmin olunması üçün beynəlxalq səviyyədə əməkdaşlıq məsələləri müzakirə edilib.




05/06/11    Çap et