Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google Glass” smart eynəyindən tibb sahəsində də istifadə edilir
Həkim “Google”un “ağıllı” eynəyinin köməyi ilə xəstənin həyatını xilas etdikdən sonra sözügedən cihaz Boston klinikasında işləyən həkimlərin daimi avadanlığına çevrilib. Bu haqda “The Boston Globe” qəzetinə istinadən “TJournal” yazıb.
Məlumata əsasən, yanvarda Bostonda yerləşən “Beth Israel doctor” tibb mərkəzinin əməkdaşlarından biri Stiven Xornq “Google Glass”ın köməyi ilə xəstənin həyatını xilas edib. Beyindaxili qanaxma aşkarlanmış xəstə Xornqa deyib ki, onun təzyiqi aşağı salan bəzi preparatlara qarşı allergiyası var, lakin onların adını yada sala bilməyib. Həkim vaxta qənaət etmək üçün tibbi karta və ya klinikanın kompüterindəki məlumatlara müraciət etməyib. Xornq pasiyent haqqında informasiyanı “Google Glass” ekranına çıxararaq onun həyatını xilas edib.
“ICTnews” elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, martda “Beth Israel” klinikasında “Google” eynəyindən istifadə nəzərəçarpacaq dərəcədə genişlənib: cihazdan gündəlik tibbi xidmətdə istifadəyə başlanılıb.
Emil Hüseynov
10/04/14 Çap et