Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Twitter" Türkiyədə öz ofisini açacaq
"Twitter" rəhbərliyi Türkiyədə öz ofisinin açılması ilə bağlı ölkə rəsmiləri ilə danışıqlar aparır.
Bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Əlvan məlumat verib.
Nazirin sözlərinə görə, "Twitter" nümayəndələri bu ay Türkiyəyə gələcəklər.
"Onlar Türkiyənin informasiya və kommunikasiya texnologiyaları üzrə dövlət orqanı nümayəndələri ilə birlikdə ölkədə ofisinin açılması perspektivlərini müzakirə edəcəklər", - Əlvan deyib.
10/04/14 Çap et