Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsində iştirak üçün artıq 40-dək iddiaçı qeydiyyatdan keçib


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun onlayn qeydiyyat sistemində artıq  bir sıra iddiaçı qeydiyyatdan keçib.
Fondun İcraçı direktorunun müavini Azər Bayramovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, layihələrin qəbulu may ayınadək davam edəcək.
 
"Aprelin 2-dən bu günədək "www.ictfund.gov.az" saytının "e-qrant" bölməsində 40-dək qrant iddiaçı qeydiyyatdan keçib. Qrant layihələrinin  qəbulu  mayın 2-də başa çatacaq və bundan sonra onların ekspertlər tərəfindən qiymətləndirilməsi prosesi həyata keçiriləcək",- deyə o bildirib.
 
Müsabiqənin qalibləri təxminən iyun ayında məlum olacaq. Layihələrə 10 min manatdan  300 min manatadək vəsait ayrılması nəzərdə tutulub. 

Müəlliflər üçün  VÖİN layihənin qəbul olunduğu təsdiq edildikdən sonra açılacaq ki, müəllif xərclərə və problemlərə məruz qalmasın.
 
Aynur Vəliyeva 
 




10/04/14    Çap et