Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“TASİM” layihəsinin Gürcüstanda təqdimatı keçirilib


Gürcüstanın Tbilisi şəhərində baş tutan GUAM-ın İnformasiya Texnologiyaları üzrə İşçi Qrupunun 4-cü müşavirəsində "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsinin təqdimatı keçirilib. Bu barədə "ICTnews" xəbər xidmətinə "TASİM" layihəsinin İşçi Qrupunun rəhbəri Z. Həsənov məlumat verib.
 
O bildirib ki, sözügedən müşavirə zamanı "TASİM" layihəsi barədə iştirakçılara ətraflı məlumat verilib.
 
Müşavirədə İşçi Qrupunun 3-cü müşavirəsi qərarlarının yerinə yetirilməsi, informasiya-kommunikasiya sahəsində gələcək əməkdaşlıq, GUAM-ın Bakı Sammiti çərçivəsində qəbul edilmiş əməkdaşlığın strategiyasının reallaşması kimi mövzular barədə müzakirələr aparılıb.
 
 
SEYMUR
 




10/04/14    Çap et