Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BTRİB texnoloji genişləndirmə işləri aparacaq
“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyində (BTRİB) ikinci bir dövlət provayderinin – “Bakinternet-2”-nin yadadılması haqqında yayılan məlumatlar həqiqətəuyğun deyil”.
Bu fikirləri “ICTnews” elektron xəbər xidmətinə BTRİB-in baş direktor müavini Xankişi Kişiyev söyləyib.
O qeyd edib ki, əslində birlikdə texnoloji genişləndirmə işlərinin aparılması nəzərdə tutulub:
“Müəyyən zaman keçdikdən sonra texnoloji genişləndirmənin aparılmasına ehtiyac duyulur. Bəzən bu genişlənməni düzgün anlamayanlar əlavə provayderin yaradılması kimi başa düşürlər. Qeyd etmək istərdim ki, biz öz qurğularımızdan özümüz istifadə edirik. Yəni burada söhbət provayderdən getmir”.
X.Kişiyev bildirib ki, genişləndirmədən sonra imkanlar artırılacaq və bu avadanlığın köməyinin nəticəsində 250 min istifadəçi yararlana biləcək: “Hazırda bu layihə üzərində işləyirik. Çünki mövcud texniki imkanlar istifadəçi sayının artırılmasına imkan vermir. Yaxın zamanlarda layihənin icrasına başlanılacaq”.
SEYMUR
11/04/14 Çap et