Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Delta Telecom” şirkəti beynəlxalq trafiki daşımaq üçün şəbəkəsinin imkanlarını gücləndirməkdə davam edir


Azərbaycanın aparıcı ilkin internet provayderi “Delta Telecom” şirkəti şəbəkəsinin imkanlarını gücləndirməkdə davam edir.
 
Şirkətin texniki direktoru Atəş Rzayevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, göstərilən xidmətlərin keyfiyyətini lazımi səviyyədə saxlamaq məqsədi ilə şirkət mütəmadi olaraq avadanlıqlarını yeniləyir, şəbəkənin gücünü artırır.
 
“Əvvəlki illər biz 5 Tbit/s rutordan istifadə edirdiksə, hazırda artıq 20 Tbit/s gücünə malik olan rutordan istifadə edilir. Azərbaycanın ümumi trafikinin həcmi 150-200 Tbit/s  arasındadır və bu o deməkdir ki, “Delta Telecom” Azərbaycan trafikindən 100 dəfə artıq trafik ötürmə qabiliyyətinə malik olan avadanlıqlardan istifadə edir”,- deyə o bildirib.
 
A.Rzayevin sözlərinə əsasən, şirkətin şəbəkəsindən İran, İraq, Əfqanıstan və  Gürcüstanın aparıcı  provayderlərinin trafikləri ötürülür.
 
Qeyd edək ki, “Delta Telecom” İranın çıxış internet trafikinin 24 faizini təmin edir.
 
Aynur Vəliyeva
 




11/04/14    Çap et