Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Neft Fondu portfel idarəetmə və mühasibat sistemi üzrə proqram təminatının satınalması üzrə tender elan edib


Dövlət Neft Fondu (DNF) portfel idarəetmə və mühasibat sistemi üzrə proqram təminatının satınalması üzrə açıq tender elan edib

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tenderdə iştirak etmək istəyən iddiaçıların investisiya fəaliyyəti sahəsində və vəsaitlərin həcminə görə DNF-yə oxşar olan institusional sərmayəçilərə və vəsaitlərin idarə edilməsi şirkətlərə portfel idarəetmə və mühasibat sistemi üzrə proqram təminatı xidmətlərinin təmin olunması sahəsində ən azı 3(üç) illik təcrübəyə malik olmalıdır və beynəlxalq müştərilərin sayı 20-dən və xidmət göstərilən suveren fondların sayı 1-dən az olmamalıdır.
 
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) mayın 15-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə mayın 23-dək ARDNF-yə təqdim etməlidirlər.
 
Aynur Vəliyeva
 




11/04/14    Çap et