Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Milliön” köşklərində “e-Wallet” sistemi tətbiq ediləcək


"Komtech" şirkəti "Milliön" köşklərində “e-Wallet” elektron pul cüzdanı sistemini tətbiq edəcək.

Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda sistemin konsepsiyası artıq hazırlanıb.

"Bu ilin sonuna kimi xidmətin ümumi konsepsiyasına uyğun olaraq “Million” köşklərində istifadəçilərə elektron pul cüzdanının balansını artırmaq və bonus sistemindən istifadə etmək imkanı təqdim ediləcək”,- deyə şirkətdə bildiriblər.
 
Qeyd edək ki, “e-Wallet” rahat və sadə beynəlxalq ödəniş sistemidir. Bu sistem vasitəsilə bütün dünya üzrə ödənişlərin ötürülməsi və qəbulu mümkündür, hesab mobil telefon vasitəsilə idarə edilir, ödəniş edilərkən istifadəçinin e-mail ünvanına və ya telefonuna uğurlu əməliyyat haqda məlumat gəlir.
 
Aynur Vəliyeva




11/04/14    Çap et