Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Lenovo” şirkəti 130 dollarlıq 8 nüvəli “Golden Warrior S8” smartfonunu hazırlayır


130 dollar məbləğində satışa çıxarılacaq “Golden Warrior S8” smartfonunun xüsusiyyətləri internetə sızıb.

Aparat HD fotmatında 5.3 düymlük ekran, “Gorilla Glass 3” qoruyucu ekranı, 16 QB daxili yaddaş və 2 QB əməli yaddaş, 13 meqapiksellik əsas və 5 meqapiksellik ön kamera, həmçinin səkkiznüvəli “MediaTek” çipi ilə təchiz edilib.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, akkumulyatorun tutumu 2000 milliamper/saat təşkil edir. Aparat iki SIM kartla işləməyi dəstəkləyir. “Android 4.2.2 Jelly Bean” mobil əməliyyat sistemi quraşdırılıb.

Emil Hüseynov




12/04/14    Çap et