Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milli Təhlükəsizlik Agentliyi məlumatın toplanılması üçün “OpenSSL” boşluğundan istifadə edib


ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) iki il ərzində məlumatların şifrələnməsi üçün “OpenSSL” protokolunda kritik boşluğun mövcudluğundan xəbərdar olub. “Bloomberg” yazır ki, xüsusi xidmət orqanının əməkdaşları “Heartbleed” boşluğundan internet istifadəçilərinin məlumatlarına müdaxilə üçün istifadə ediblər.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, aprelin 11-də MTA-nın nümayəndələri bu informasiyanı təkzib edərək bildiriblər ki, onlarda bu boşluq haqqında məlumat olmayıb.
 
“OpenSSL” paketində aşkar edilmiş boşluq haqqında təxminən bir həftə əvvəl məlum olub. İki il müddətində istifadəçilərin şəxsi məlumatları, həmçinin şifrə və bank kartlarının nömrələri təhlükə altında olublar. Saytların 50%-dən çoxu, həmçinin poçt xidmətləri, onlayn ödəmə sistemləri və “Facebook” və “Twitter” kimi sosial şəbəkələr  “OpenSSL” protokolundan istifadə edirlər.
 
Emil Hüseynov




12/04/14    Çap et