Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elmi karyeranın idarə olunmasında informasiya resurslarının rolu araşdırılacaq


Elektron elmin əsas tələblərindən biri də beynəlxalq elmi bazalardan və rəqəmsal kitabxanalardan istifadə imkanlarının genişləndirilməsidir. Bəs dünyanın ən böyük məlumat bazaları ilə necə işləmək olar?
 
“Elmi karyeranın idarə olunması və aparıcı xarici jurnallarda nəşr olunmaq üçün elmi məruzələrin hazırlanması üzrə müəllif səriştələrinin inkişafı” adlı təhsil seminarı bu istiqamətdə yaranan suallara cavab axtaracaq. Seminar 28-30 aprel tarixlərində Moskva şəhərində keçiriləcək.
 
 AMEA Elmi İnnovasiyalar Mərkəzindən verilən məlumata görə, seminar zamanı dinləyicilər elmi tədqiqatların metodologiyası, öz elmi karyeralarının idarə olunması və məqalələrin dünyanın aparıcı  elmi nəşrlər bazalarına uğurlu irəliləyişi üzrə savadlı və dəqiq fəaliyyət alqoritmi əldə edəcəklər.
 
Seminarın mövzularına “Ən böyük məlumat bazaları: SCOPUS və Web of Science”, “Alimin elmi karyerasının idarə edilməsi”, Dissertasiya tədqiqatlarına dair yeni tələblər”, “Tədqiqat fəaliyyətinin təşkili: yeni tələblər və xüsusiyyətlər”, “Dünya tanınması: alimin yeni hədəfi” “Elmi əxlaq”, Nəticələrin təqdimatı”, “Jurnalın seçimi və əlyazmanın təqdim edilməsi”, “Elmi fəaliyyətin məhsuldarlığını artıran metodlar”, “Elmi informasiya resursları ilə iş üçün yeni alətlər və xidmətlər”, “Beynəlxalq, reytinq jurnallarında elmi araşdırmaların nəticələrinin nəşrinin problemləri, əsas xüsusiyyətlər və tələblər” və s. daxildir.
 
Həqiqət İSABALAYEVA




12/04/14    Çap et