Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın prosessinq mərkəzi onlayn kredit ödəmələri üzrə fəaliyyətini genişləndirir


Azərbaycan Beynəlxalq Bankının “AzeriCard” prosessinq mərkəzi ilə birgə əməkdaşlığı nəticəsində bankın veb-saytında onlayn kredit ödəmələrin həyata keçirilməsi imkanı yaradılıb.
 
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə prosessinq mərkəzinin məlumatında deyilir.
 
Məlumatda qeyd olunur ki, artıq bankın müştəriləri plastik kart vasitəsilə heç bir yerə getmədən, sadəcə, “www.ibar.az” və ya “www.azericard.com” veb-saytına daxil olaraq real vaxt rejimində öz kredit borclarını ödəyə bilərlər.
 
Həmçinin, həmin xidmət vasitəsilə müştərilər hesaba mədaxil əməliyyatı da apara bilərlər. Bu əməliyyatların aparılmasına görə müştərilərdən heç bir komisyon tutulmur.
 
Bundan əlavə, müştərilər arzu etdikləri halda həyata keçirdikləri əməliyyatın təfərrüatları haqqında məlumat onların elektron ünvanına da göndərilə bilər.
 
CAHANGİR




12/04/14    Çap et