Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Simsiz enerji doldurma qurğuları bazarında gəlir 33.6 milyard dollara çatacaq


“Research and Markets” analitik şirkətinin proqnozuna əsasən, yaxın bir neçə ildə mobil telefonlar üçün simsiz enerji doldurma qurğuları bazarında gəlir sürətlə artacaq və 2019-cu ilədək 33,6 milyard ABŞ dolları təşkil edəcək.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, smartfonların sürətlə populyarlaşmasının nəticəsi kimi simsiz enerji doldurma qurğuları da kütləvi yayılacaq. Ekspertlər hesab edirlər ki, 5 il sonra smartfonların qlobal istifadəçi bazası 8 milyard təşkil edəcək.

Hazırda simsiz enerji doldurma qurğuları, bir qayda olaraq, bahalı aparatlarda mövcuddur, lakin bu xüsusiyyət tədricən lazımi funksiyaya çevrilir.

Hazırda akkumulyatorların simsiz enerji doldurulma imkanı “Samsung Galaxy S5” və “S4”, “Google Nexus 4” və “Nexus 7”, “Nokia Lumia 1520” və “1020”, “LG Optimus G Pro” və “HTC Droid DNA” smartfonlarında nəzərdə tutulub.

Emil Hüseynov




12/04/14    Çap et