Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” məhsulu pərəstişkarlarının 40 faizi indidən “iPhone 6” satın almağa hazırdırlar
“ChangeWave Research” analitikləri bu yaxınlarda “Apple” şirkətinin məhsulundan istifadə edən pərəstişkarlar arasında sorğu keçirib və məlum olub ki, onların 40%-i payızda təqdim olunacaq yeni “iPhone 6” smartfonunu satın almağa hazırdırlar.
“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, ötən ilin yazında "alma" məhsulu pərəstişkarlarının yalnız 26%-i yeni “iPhone 5S” smartfonunu almaq istəyib.
Emil Hüseynov
14/04/14 Çap et