Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qamətiniz daha düz olacaq
Qamətin düzlüyünə kömək edəcək cihaz yaradılıb.
Pekin Universitetinin tələbəsi Syan Renkay tərəfindən təqdim edilmiş qurğu uzun müddət kompüter arxasında vaxt keçirən insanlara kömək edəcək.
"ICTnews" elektron xəbər xidməti "http://naked-science.ru/" saytına istinadən bildirir ki, "Giraffe Friend" adlanan cihaz yaxalığa və ya pencəyin yaxasına bərkidilir və istifadəçinin oturuşu haqqında məlumatları "Bluetooth" vasitəsilə "iPhone" smartfonuna ötürür və məlumatlar təhlil edilir.
Əgər daşınan cihazın istifadəçisi belini əyərək oturubsa, qurğu titrəməyə başlayacaq. "Giraffe Friend" cihazını 100%-lik (100 saatlıq iş üçün kifayətdir) enerji ilə doldurmaq üçün 20 dəqiqə lazımdır.
Emil Hüseynov
14/04/14 Çap et