Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Milliön" köşklərində dövlət qurumlarının xidmətləri üzrə ödənişlərin qəbulu təşkil olunacaq


Azərbaycanın aparıcı ödəniş sistemi olan "Komtech" şirkəti bir sıra dövlət qurumları ilə danışıqlar aparır.
 
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, yaxın zamanda danışıqların nəticəsində "Milliön" köşklərində yeni ödənişlərin qəbulu başlanmalıdır.

“Biz hazırda bir sıra dövlət qurumları ilə onların göstərdiyi xidmətlər üzrə ödənişlərin, cərimələrin qəbulu haqda danışıqlar aparırıq. Yaxın zamanda danışıqların yekunlaşması gözlənilir və bundan sonra artıq “Milliön” köşklərində yeni ödənişlərin qəbuluna başlanılacaq”,- deyə şirkətdə bildiriblər.
 
Qeyd edək ki, ötən il şirkətin rəhbərliyinin verdiyi proqnozlara əsasən, sistemin perspektivdə ölkədə fəaliyyət göstərən bütün bankların kreditlər üzrə ödənişləri, Dövlət Yol Polisinin cərimələri, vergi orqanlarının və digər dövlət strukturlarının ödənişlərinin "Milliön" sistemi vasitəsilə qəbulu nəzərdə tutulub.
 
Aynur Vəliyeva






14/04/14    Çap et