Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanla İsrail arasında yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə ediləcək
Aprelin 30-da İsrailin xarici işlər naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, səfər proqramının ilkin versiyasına görə, İsrail rəsmiləri Azərbaycanla kənd təsərrüfatı, səhiyyə, yüksək texnologiyalar, müdafiə sənayesi və s. istiqamətlər üzrə əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.
Qeyd edək ki, bu, A. Libermanın Azərbaycana ilk səfəri deyil və ötən səfərlər nəticəsində ölkələr arasında əməkdaşlığın inkişafına böyük təkan verdiyi müşahidə olunub.
Aynur Vəliyeva
14/04/14 Çap et