Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Twitter” istifadəçilərinin 50%-i öz mikrobloqlarında heç vaxt tvit yazmayıblar
“Topcharts” analitikləri bu yaxınlarda populyar “Twitter” mikrobloqlar xidmətinin auditoriyasının təhlilini aparıb. Onların qiymətləndirməsinə görə, xidmətin istifadəçilərinin təxminən yarısı (44%-i) öz mikrobloqlarında heç vaxt tvit yazmayıblar, onlar yalnız başqa mikrobloqları oxuyurlar.
“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, bundan başqa, “Twitter” istifadəçilərinin daha 30%-i öz mikrobloqlarında ən çoxu 10 tvit yazıblar, 100 və daha çox tvit yazan insanların sayı 13%-i ötmür.
Xatırladaq ki, son statistik məlumatlara əsasən, “Twitter” mikrobloqlar xidmətində 974 milyon hesab qeydiyyatdan keçib və onların 542,1
milyonu aktiv sayılır.
Emil Hüseynov
14/04/14 Çap et