Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” şirkətinin direktoru maaşının artırılmamasını istəmir


"Amazon.com" şirkətinin yaradıcısı və əsas icraçı direktoru Ceff Bezos 2013-cü ildə 1,68 milyon dollar qazanıb. 2012-ci illə müqayisədə Bezosun kompensasiya paketi dəyişməz qalıb.
 
"Amazon" şirkətinin ABŞ Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasına göndərdiyi sənədlərə əsasən "Bloomberg" agentliyi xəbər verir ki, şirkət səhmlərinin 18%-nə sahib Bezos növbəti dəfə ona heç bir əlavə məbləğ ödənilməməsini xahiş edib. Direktor heç vaxt səhmlər üzrə mükafat, həmçinin yüksək mükafat almayıb.
 
Bununla belə, 50 yaşlı Bezos planetin ən zəngin insanlarının siyahısında 20-ci yerdə qərarlaşıb.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Bloomberg Billionaires Index" reytinqinin məlumatına görə, onun varidatı 30,3 milyard dollar məbləğində qiymətləndirilir. Texnologiya şirkətlərinin bir çox rəhbərləri (məsələn, "Google" və "Facebook" şirkətlərinin rəhbərləri Larri Peyc və Mark Zukerberq) 1 dollar məbləğində simvolik maaş alırlar.
 
Emil Hüseynov
 




14/04/14    Çap et