Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gənclərə sosial şəbəkələrdə düzgün iştirak vərdişləri aşılanacaq
Azərbaycanda “Yeni media və sosial şəbəkələrdə gənclərin ictimai məsuliyyətinin artırılması” mövzusunda layihə həyata keçirilir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi layihə çərçivəsində yeniyetmə və gənclərin bu sahədə bilik və bacarıqlarını artırmaq, onları düzgün yönləndirmək və vərdişlər qazandırmaq üçün “Sosial şəbəkələrdə və yeni mediada düzgün iştirak” mövzusunda Bakıda 8 dəfə təlim keçiriləcək.
Bundan başqa “Jurnalist olmaq istəyən gənclərin və tələbələrin yeni media vasitələrindən hüquqi və ictimai məsuliyyət baxımından düzgün yararlanması” mövzusunda daha bir təlim təşkil olunacaq.
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi tərəfindən gerçəkləşən layihə çərçivəsində “yenimedia.info” adlı yeni sayt yaradılacaq.
Seymur
14/04/14 Çap et