Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Birinci rübdə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 364,4 milyon manat təşkil edib
Azərbaycan Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, bu ilin birinci rübündə ölkədə müəssisə və əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 364,4 milyon manat təşkil edib.
Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, son bir ayla müqayisədə bu göstərici 34,7 faiz, ötən ilə nisbətən isə 12,4 faiz artıb.
Göstərilmiş informasiya və rabitə xidmətlərinin ümumi həcminin 72,3 faizi əhalinin payına düşüb.
Aynur Vəliyeva
14/04/14 Çap et