Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyanın ən gəlirli şirkəti hansıdır?
474 milyard dollar məbləğində bazar kapitallaşdırmasına sahib “Apple” dünyanın ən bahalı şirkəti sayılır. Hazırda ABŞ-ın elektronika istehsalçısı bu yaxınlarda bir neçə yeni məhsulunu nümayiş etdirəcək və bu, şirkətin maliyyə durumunu gücləndirməyə icazə verəcək.
“San Jose Mercury News” qəzetinin tərtib etdiyi “Silicon Valley 150” reytinqində qərargahları Silikon vadisində yerləşən ən gəlirli şirkətlər yer alıb. Jurnalistlərin seçimi maliyyə informasiyasına əsaslanıb, onlar şirkətlərin müntəzəm ABŞ Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasına göndərdiyi sənədlərdən istifadə ediblər.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Apple” ABŞ-ın ən gəlirli texnologiya şirkətlərinin siyahısında birinci yerdə qərarlaşıb. 2013-cü ildə “iPhone” və “iPad” istehsalçısının gəliri 174 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 6% daha yüksəkdir. Kaliforniya nəhənginin gəliri 21% artaraq 37 milyard dollar olacaq. Bu göstərici üzrə “HP”, “Google”, “Intel” və “Cisco” şirkətləri “Silicon Valley 150” reytinqində “Apple”dan sonra yerləşiblər, bu şirkətlərin illik gəliri 36 milyard dolları güclə ötüb.
Silikon vadisini təmsil edən 10 ən gəlirli şirkət siyahısına, həmçinin “eBay”, “Gilead Sciences”, “Synnex” və “Applied Materials” daxildir.
“Silicon Valley 150” reytinqində “Facebook” sosial şəbəkəsi öz mövqeyini xeyli gücləndirib. Ötən il Mark Zukerberqin şirkəti 7,9 milyard dollar məbləğində gəlir qazanıb ki, bu da ötən illə müqayisədə 55% daha yüksəkdir. Nəticədə “Facebook” şirkəti 16-dan 11-ci yerə irəliləyib.
Emil Hüseynov
14/04/14 Çap et