Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir “Aksoy” və “Honeywell” şirkətlərinin rəhbərləri ilə görüşüb
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov "Aksoy" və "Honeywell" şirkətlərinin rəhbərləri ilə görüşüb.
Görüşdə nazir Əli Abbasov ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı ilə əlaqədar icra edilən dövlət proqramları, həyata keçirilən islahatlar, gerçəkləşən milli və regional layihələr, eyni zamanda perspektiv planlardan söz açıb.
Nazir, həmçinin informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı zəminində milli internet resurslarının inkişaf etdirilməsi üçün DATA Mərkəzlərinin qurulmasının vacibliyinə toxunaraq, bu sahədə ölkəmizdə intensiv fəaliyyətin həyata keçirildiyini qeyd edib.
Azərbaycanda həyata keçirilən islahatları maraqla qarşılayan qonaqlar da öz növbəsində, nazirə təmsil etdikləri şirkətlərin fəaliyyət istiqamətləri haqda məlumat veriblər. "Aksoy Holdinq"in sədri Erdal Aksoy "Honeywell" şirkətinin yüksək texnologiyalar sahəsində böyük potensiala malik olduğunu qeyd edərək, istehsal etdiyi məhsul və xidmətlər haqda geniş təqdimatla çıxış edib.
Daha sonra tərəflər əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparıblar.
15/04/14 Çap et