Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Daha bir bankın müştəriləri kreditlərini “Hesab.az” portalında onlayn qaydada ödəyə bilərlər
“Hesab.az” elektron ödəmə portalına “Bank Respublika”nın kredit ödənişləri əlavə olunub. “ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, artıq istifadəçilər “Hesab.az”da olan şəxsi kabinetə daxil olaraq, “Bank və Lizinq” bölməsində “Bank Respublika” kredit ödənişlərini həyata keçirə bilərlər.
Xatırladaq ki, “GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan portal vasitəsilə istifadəçilər kommunal ödənişləri, internet provayderlərinin əksəriyyətinin, mobil operatorların, kabel televiziyasının, həmçinin bir sıra bank kredit ödənişlərini həyata keçirə bilərlər. Bütün tranzaksiyalar real vaxt rejimində aparılır, təhlükəsizliyi tam təmin olunur və heç bir komissiya tutulmur.
Bu gün “GoldenPay” ödəmə sisteminə 300-dən çox Azərbaycan şirkəti qoşulub.
Qeyd edək ki, “Hesab.az” portalında “Şəxsi kabinet” bölməsində qeydiyyatdan keçmiş hər istifadəçi öz ödəmələrinin tarixçəsini apara, bonuslar toplaya və həmin bonuslarla müxtəlif kampaniyalarda iştirak edərək qiymətli hədiyyələr qazana bilərlər.
CAHANGİR
15/04/14 Çap et