Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın Penitensiar xidməti “Vahid Elektron Baza və İdarəetmə Sistemi”nin yaradılmasını sürətləndirir


Azərbaycan  Ədliyyə Nazirliyinin Penitensiar xidmət rəhbərliyinin, xidmət üzrə qeydiyyat qurumları əməkdaşlarının və "Ultra Computers" icraçı şirkətinin nümayəndələrinin iştirakı ilə görüşü keçirilib.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, görüşün əsas məqsədi Penitensiar xidmətdə "Vahid Elektron Baza və İdarəetmə Sistemi"nin istismara hazırlıq mərhələsinin müzakirəsi olub.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti üzrə yeni texnologiyaların tətbiqi ilə əlaqədar "Ultra Computers" icraçı şirkəti ilə imzalanmış müqaviləyə əsasən penitensiar müəssisələrdə saxlanılan və cəza çəkən şəxslər barədə "Vahid Elektron Baza və İdarəetmə Sistemi"nin yaradılması nəzərdə tutulub. 

Layihənin icra vəziyyəti barədə benefisiar təşkilatının nümayəndəsi, qeydiyyat şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Rəhim Şeyxəliyevin, "Ultra Computers" şirkətinin proqram təminatı istehsalı qrupunun rəhbəri Elmar Məmmədovun məruzələri dinlənilib.
 Layihənin hazırkı mərhələsində görülmüş və gələcəkdə görülməli işlər barədə geniş müzakirələr aparılıb, layihənin qısa müddətdə başa çatdırılması üçün fikir və təkliflər irəli sürülüb. Layihənin icrası istiqamətində və real vəziyyətin müəyyənləşdirilməsi məqsədi ilə ortaq işçi qrupunun yaradılması və bir ay müddətində yekun hesabatın dinlənilməsi planlaşdırılıb. İşçi qrupunun hesabat məruzələri may ayının 2-nə təyin olunub.
 
Aynur Vəliyeva




15/04/14    Çap et