Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaxın günlərdə Bakının bütün ATS-lərinin nömrə tutumları “NGN” şəbəkəsinə keçiriləcək


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) 493/498/598 ATS-lərinin nömrə tutumlarının “NGN” (Next Generation Network) texnologiyasına keçidi üzrə işləri başa çatdırır. Operator tərəfindən "4" (493/498) rəqəmi ilə başlayan həmin ATS-lərin abunəçilərinin nömrələrinin telefon nömrəsinin sonrakı altı rəqəmi saxlanmaqla "5" (593/598) rəqəmi ilə başlayan yeni ATS-lərə mərhələli şəkildə birləşdirilməsini həyata keçirir. Hazırkı mövcud 598 nömrəli telefon stansiyası yeni 598 АTS-i ilə birləşdiriləcək. Yeni nəsil şəbəkəsinə keçdikdən sonra sadalanan ATS-lərdə operatorun nömrə tutumu 30 min ədəd artırılacaq.




18/08/11    Çap et