Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“TripAdvisor” mobil tətbiqi 100 milyon dəfə yüklənilib


Səyahətlər haqqında "TripAdvisor" saytının məlumatına görə, onun "iPhone" və "Android" mobil qurğuları üçün tətbiqi 100 milyon dəfə yüklənilib. Bu halda son ildə yükləmələrin sayı iki dəfədən çox, 2011-ci illə müqayisədə altı dəfə artıb.
 
"ICTnews" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, "Distimo" şirkətinin məlumatına görə, "TripAdvisor" tətbiqi "App Store" onlayn mağazasında yükləmələrin ümumi sayına görə öz seqmentində ən populyar əlavə olub.
 
Səyahətçilərə istirahət planlaşdırılması üçün bütün lazımi informasiyanı təklif edən tətbiq 21 dildə əlçatandır. "iTunes App Store" və ya "Google Play" onlayn mağazasından ödənişsiz yükləmək olar.
 
Emil Hüseynov
 




15/04/14    Çap et