Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir Əli Abbasov Fransada səfərdədir


Sabah BMT-nin Baş katibi Pan Gi Munun himayəsi altında yaradılmış Rəqəmli İnkişaf üzrə Genişzolaqlı Komissiyanın(RİGK) 3-cü iclası öz işinə başlayır. Parisdə keçiriləcək iclasda Azərbaycanı komissiyanın komissarı, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Məlumat üçün bildirək ki, RİGK-nin həmsədrləri Ruandanın prezidenti cənab Pol Kaqame və meksikalı milyardçı cənab Karlos Slimdir.
Komissiyanın iclasında iştirak etmək üçün Fransada olan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun səfər çərçivəsində Fransanın energetika və rəqəmli iqtisadiyyat naziri Erik Bessonla, o cümlədən “Ariane Space” şirkətinin prezidenti cənab Jan-İv Le Qalla ikitərəfli görüşü nəzərdə tutulub.
Bundan başqa, Azərbaycanın aparıcı İKT şirkətləri və Fransanın sahə üzrə fəaliyyət göstərən şirkətləri arasında 1-ci Fransa-Azərbaycan İKT Forumu da təşkil ediləcək.




05/06/11    Çap et