Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azerspace-1” üzərindən yayımlanan telekanalların sayı 66-ya çatıb


Azərbaycanın ilk milli telekommunikasiya peyki olan “Azerspace-1” üzərindən yayımlanan telekanalların sayı 66-ya çatıb. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətindən (ASC) məlumat verilib. “Azərkosmos”dan bildirilib ki, telekanallarla yanaşı, 13 radio da izləyicilərə təqdim olunur.
 
Məlumat üçün bildirək ki, “Azərkosmos” ASC və Gürcüstanın “DTH” (Direct-to-Home, birbaşa peyk yayımı) operatoru kimi fəaliyyət göstərən “Iveriasat” şirkəti arasında bağlanan müqavilədən sonra bu ölkənin 18 televiziya kanalı “Azerspace-1” üzərindən yayımlanmağa başlayıb.
 
Azərbaycanın milli peyki üzərindən yayımlanan kanalların tam siyahısını buradan (http://azercosmos.az/ba-s-hif/azerspace-1-televiziya-v-radio-kanallar-n-n-siyah-s/) əldə etmək mümkündür.
 
Qeyd edək ki, peykimizin geniş bir ərazini əhatə etməsi ona olan marağı daha da artırıb. “Azerspace-1” telekommunikasiya peykinin inkişaf etmiş dizaynı və qoşulma imkanları vasitəsilə dünyada milyonlarla insan informasiya və rabitə xidmətlərindən geniş istifadə edə bilər. Milli peykimiz Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda əsas rol oynayır.
 




15/04/14    Çap et