Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Windows XP” istifadəçilərinin 27%-i köhnə sistemdən istifadəyə davam edir
“Avast” antivirus şirkəti tərəfindən keçirilmiş sorğunun nəticəsinə əsasən, “Windows XP” əməliyyat sistemi istifadəçilərinin təxminən 27%-i köhnə əməliyyat sistemindən istifadəyə davam edir.
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “XP” platforması istifadəçilərinin 15%-i yaranmış vəziyyətdən çıxış yolunu müasir əməliyyat sisteminə keçiddə görür. Respondentlərin bəziləri yeni kompüter satın alınmasına sərmayə yatırmağa hazırdır. Rəyi soruşulanların böyük əksəriyyəti bildirib ki, “Avast” antivirus şirkəti “Windows XP” sisteminin dəstəyini təmin edənədək bu platformadan istifadəyə davam edəcəklər.
Xatırladaq ki, aprelin 8-dən etibarən “Microsoft” korporasiyası “Windows XP” sisteminin dəstəyini dayandırıb.
Emil Hüseynov
16/04/14 Çap et