Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Niderlandın İKT şirkətləri Azərbaycana gələcək


Aprelin 23-də Niderland Krallığı parlamentinin senatoru Renevander Lindenin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakıda Azərbaycan-Niderland Biznes Forumu keçiriləcək.
 
 İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə informasiya-kommunikasiya texnologiyaları sahəsini təmsil edən Niderland şirkətləri də iştirak edəcəklər.
 
"ICTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
 
AZPROMO-dan bildirilib ki, işgüzar görüşə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlər, o cümlədən sözügedən sahə ilə yanaşı, kənd təsərrüfatı, təhsil, tikinti, infrastruktur, logistika, su təsərrüfatının idarə edilməsi və digər sahələrdə çalışan Niderland şirkətləri qoşulacaqlar. Fond Azərbaycanın yerli şirkətləri və bütün maraqlı tərəfləri Bakı Biznes Mərkəzində (ünvan: Neftcilər prosp., 32) keçiriləcək forumda iştiraka dəvət edir.
 
 
 
Həqiqət İSABALAYEVA




16/04/14    Çap et