Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“eManat” şəbəkəsində ödəniş terminallarının sayı 1700-dək artırılacaq


“Modenis” şirkəti bu ilin sonuna kimi “eManat” ödəniş terminallarının şəbəkəsini genişləndirmək niyyətindədir.
 
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən,  hazırda “eManat” şəbəkəsində 1089  ödəniş terminalı mövcuddur.
 
“Hazırda “eManat” terminalları ölkənin 44 regionunda fəaliyyət göstərir. Terminalların 937-si Bakıda, Abşeronda və Sumqayıtda quraşdırılıb, 152 terminal isə Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərir”,- deyə şirkətdə bildiriblər.
 
Hazırda “eManat” ödəniş terminalları şəbəkəsində internet provayderlərin, bankların və kommunal xidmətlərin  ödənişlərini  qəbul edir.
 
Aynur Vəliyeva




16/04/14    Çap et