Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BTRİB-in xidmət ödənişləri yaxın zamanda “eManat” ödəniş terminallarında qəbul ediləcək
"Modenis" şirkəti Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) ilə "eManat" terminallarında stasionar rabitə xidmətləri üzrə ödənişlərin qəbulunun təşkili ilə bağlı danışıqlar aparır.
Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, yaxın zamanda BTRİB-in xidmətləri üzrə ödənişlərin "eManat" terminallarında qəbuluna başlanacağı gözlənilir.
"Hazırda biz eyni zamanda yerli banklar və provayderlərlə onların təqdim etdikləri xidmətlərin ödənişinin qəbulu ilə bağlı danışıqlar aparırıq. Bu ilin sonuna kimi biz şəbəkəmizdə nəqliyyat kartlarının qəbulunu da təşkil etmək niyyətindəyik",- deyə şirkətdə bildiriblər.
Qeyd edək ki, hazırda "eManat" terminallarında "Unibank"ın, "Bank of Baku"nun, "VTB Bank"ın, bütün mobil operatorların, kommunal xidmətlər operatorlarının və bir sıra internet provayderlərin xidmət ödənişləri qəbul edilir.
Aynur Vəliyeva
16/04/14 Çap et