Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mən Azərbaycanlıyam” televiziya yarışması gələn həftədən yeni formatda yayıma başlayır


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə AzTV televiziya  kanalında gələn həftədən etibarən “Mən Azərbaycanlıyam” televiziya yarışmasına yeni formatda start veriləcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, aprelin 22-də AzTV kanalında yarışmanın ilk turu başlayacaq.

Verilişin yeni formatına uyğun olaraq bu dəfə studiyaya 50 rayondaxili yarışmanın qalibi olan 50 nəfər ümumrespublika yarışmasına qatılacaq. Bu 50 nəfər 5 qrupa bölünərək öz aralarında bilik yarışına çıxacaqlar. Yarımanın gedişatı nəticəsində hər bir qrupdan 1 nəfər qalib super-finala çıxacaq. Super-finalda 5 rayonu təmsil edən iştirakçılar öz aralarında mübarizə aparacaqlar və oyunun əsas qalibi müəyyən ediləcək.
 
Qaliblər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən noutbuklarla mükafatlandırılacaqlar. Yarışma ilin sonuna kimi davam edəcək.

Qeyd edək ki, bu telelayihə AzTV  kanalında artıq dörd ildir ki, Rabitə və Yüksək Texnologiyalar və  Gənclər və İdman nazirliklərinin dəstəyi ilə yayımlanır.

Yarımanın iştirakçıları azərbaycanlı olmaqla öz müsbət keyfiyyətlərini nümayiş edərək, ölkədə baş verən müsbət dəyişiklikləri, ölkənin tarixi, coğrafiyası, mədəniyyəti, incəsənəti haqda bilgilərini nümayiş edirlər.
 
Aynur Vəliyeva   
 




16/04/14    Çap et