Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Haker Rumıniya prezidentinin saytına müdaxilə edib
Rumıniyanın Kluj-Napoka şəhərindən naməlum haker məxfi informasiyaya icazəsiz giriş məqsədilə Rumıniya prezidentinin saytına müdaxilə edib. Bu haqda Mütəşəkkil Cinayətkarlıq və Terrorizmlə Mübarizə İdarəsindən jurnalistlərə bildirilib.
"Cinayətkar prezident saytının serverinə xidmət göstərən informasiya sisteminə giriş əldə edib" – qurumdan bildirilib.
“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, məlumata əsasən, artıq 4 ildir qeyri-qanuni fəaliyyətlə məşğul olan haker həbs olunub.
Xatırladaq ki, ötən il Barak Obama administrasiyası nümayəndələrinin elektron poçtlarına müdaxilədə şübhəli bilinən “Guccifer” ləqəbli haker həbs edilmişdi.
Emil Hüseynov
16/04/14 Çap et