Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərfon” şirkəti AZAL təyyarələrində “Wi-Fi” şəbəkəsinə qoşulma xidmətini təqdim edəcək
Azərbaycanın ilk "3G" mobil rabitə operatoru "Azərfon" şirkəti mobil rabitə xidmətləri ilə yanaşı, AZAL təyyarələrində "Wi-Fi" şəbəkəsinə qoşulma xidmətlərini də təqdim edəcək.
Şirkətin satış üzrə Baş müdiri Leyla Nəsrullayevanın "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, aprelin sonuna kimi AZAL-ın Nyu-York və Tokioya uçan təyyarələrində mobil rabitə xidmətlərindən istifadə etmək mümkün olacaq.
"Hazırda Azərbaycan Hava Yollarının 9 təyyarəsində mobil rabitə xidmətləri təqdim edilir. Bununla yanaşı, təyyarələrdə "Wi-Fi" şəbəkəsinə qoşulma imkanlarının təşkilinin də təmin edilməsi nəzərdə tutulub", - deyə o bildirib.
"Azərfon" şirkətinin İsveçrənin "OnAir" şirkəti və "Azərbaycan Hava Yolları" QSC ilə birlikdə təşkil etdiyi mobil rabitə xidmətlərindən istifadəsi üzrə ödəniş rouminq tarifləri ilə həyata keçirilir.
"Bu xidmətləri məhdud sayda operatorlar göstərir və digər ölkələrlə müqayisədə "Azerfon"un bu xidmətlər üzrə tarifləri "Megafon"un və digər operatorların tariflərindən ucuzdur",- deyə o bildirib.
Məlumat üçün bildirək ki, "Azerfon"un "OnAir" şirkəti ilə imzaladığı saziş mobil rabitə xidmətlərini bütün MDB ölkələrində təqdim etməyə imkan verir.
Aynur Vəliyeva
17/04/14 Çap et