Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məktəblilər arasında “Mən Azərbaycanlıyam” onlayn internet müsabiqəsi payızda keçirilə bilər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Mən Azərbaycanlıyam” onlayn internet müsabiqəsini məktəblilər arasında keçirmək məsələsini müzakirə edir.

Nazirliyin informasiya cəmiyyətinin inkişafı şöbəsinin aparıcı məsləhətçisi Etibar Umudovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, müsabiqənin məktəblilər arasında təşkilinin reallaşdırılması payız aylarında mümkündür.
 

“Hazırda nazirliyin strukturunun dəyişilməsi ilə bağlı, bir çox layihələr dondurulub. Məktəblilər arasında “Mən Azərbaycanlıyam” müsabiqəsinin keçirilməsi layihəsi də müzakirə edilən layihələr sırasındadır. Bu layihənin həyata keçirilməsi ilə bağlı müsbət qərar qəbul edildiyi halda, müsabiqə sentyabr ayından etibarən başlaya bilər”,- deyə o bildirib.
 
Layihənin müəllifi Üzlüfət Qasımovanın öncə verdiyi məlumata əsasən, bu cür müsabiqələr böyüyən yeni nəslin ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, coğrafi mövqeyi və s. haqda məlumatlara yiyələnməyə və eyni zamanda bu istiqamətdə informasiya texnologiyalarından geniş istifadə etməyə cəlb edir.


Aynur Vəliyeva




17/04/14    Çap et