Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Münhen Londonu Avropanın texnoloji lideri kimi geridə qoyub


Avropa Komissiyası nümayəndələrinin fikrincə, Almaniyanın Münhen şəhəri Böyük Britaniya paytaxtı Londonu texniki innovasiya səviyyəsinə görə geridə qoyub. “Avropada İT aktivliyin atlası” hesabatının müəllifləri Avropa İttifaqının (Aİ) 1303 rayonunda araşdırma aparıblar. Onlar informasiya texnologiyaları (İT) innovasiyası, biznes və elmi aktivlik, elmi-tədqiqat və təcrübi-konstruktor işləmələrinə (Research and Development, R&D) cavab verən 42 kriteri üzrə qiymətləndirilib. Məsələn, kriterilər arasında sahədə İT şirkətlərin və işçi heyətinin sayı, kommersiya şirkətlərində İT xərcləri, universitetlərin və R&D-mərkəzlərin sayı, iqtisadi artım, regionun rabitəliliyi və s. yer alıb. Bundan sonra “EIPE” (European ICT Poles of Excellence) göstəricisi hesablanıb.   

Müəyyən olunub ki, 12 ölkədə yalnız 34 region İT texnologiyalarının yüksək inkişaf səviyyəsini nümayiş etdirir. Onlardan cəmi üç region 81-100 arasında “EIPE” göstəricisi ilə ilk üçlüyə aiddir. Bunlar Münhen (Kreisfreie Stadt) – 100, London (şərq hissəsi) – 97, Paris – 95 şəhərləridir.  


Bu, çox maraqlı nəticədir, çünki Almaniyada texnoloji innovasiya mərkəzi Berlin hesab edildiyi halda bu şəhər siyahıda yalnız 15-ci yeri tutub. Münhen həm Londonu, həm də Parisi ötməyə nail olub.
Daha səkkiz region 61-80 aralığı göstəricisi ilə ikinci “səbət”də yer alıb. Onlar arasında Finlandiyanın paytaxtı Helsinki şəhərinin yerləşdiyi Uusimaa vilayəti, Şimali Brabant əyaləti (Niderlandın Eyndhoven şəhəri) və Brüsselin şərqində yerləşən Leven inzibati dairəsi var. Bu şəhərlər bunlardır: Karlsrue (Stadtkreis) — 80, Kembricşir – 78, Stokholm – 77, Darmştadt (Kreisfreie Stadt) – 73, Uusimaa – 70, Amsterdam – 64, Leven inzibati dairəsi – 61.

Üçüncü səbətin 23 regionu arasında 41-dən 60-dək olan “EIPE” göstəricisi ilə Almaniyanın doqquz ərazisi təmsil olunur ki, bu da Almaniyanın müasir Avropada texnoloji liderliyini açıq-aydın sübut edir, - “Xaker” www.xakep.ru yazır.   




17/04/14    Çap et