Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti Cobsun ölümündən xeyir güdüb


“Apple” və “Samsung” şirkətləri arasında növbəti patent qarşıdurması zamanı məlum olub ki, Cənubi Koreya şirkəti Stiv Cobsun ölümündən xeyir güdüb.
 
“ICTnews” elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, “Samsung”un ABŞ-da satış üzrə vitse-prezidenti Mayk Penninqtonun məktubu buna sübutdur.
 
"Mən uzun müddət bazarı müşahidə etmişəm və indi “iPhone”  smartfonu üzərinə hücum üçün ən yaxşı vaxtdır" – Mayk Penninqton məktubda yazıb.
 
Qeyd edək ki, bu məktub Stiv Cobsun ölümündən iki gün sonra yazılıb.
 
“Samsung”un top-menecerinin fikrincə, “alma” şirkətin həmtəsisçisinin ölümü “Apple”ın gələcyini sual altına qoymalı idi.
 
Emil Hüseynov
 




17/04/14    Çap et