Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Antivirus ekspertləri mobil qurğulara qarşı hücumların sayının artdığını qeyd ediblər


Antivirus ekspertləri ilin əvvəlində mobil qurğular üçün yeni təhlükələrin yaranmasını və internetdə anonim işləməyə imkan verən “Tor” proqramı istifadəçilərinin sayının kəskin artmasını qeyd ediblər. Bu barədə "Kasperski Laboratoriyası" şirkətinin mətbuat xidmətindən bildirilib.
 
“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, belə ki, şirkətin məlumatına görə, üç ay ərzində istifadəçilərin kompüter və mobil qurğularına qarşı həyata keçirilmiş 1,13 milyard hücum, həmçinin 353 milyon onlayn hücum bloklanıb. Göstərilmiş müddət ərzində 110  mindən çox yeni mobil zərərli proqram təminatı qeydə alınıb və bank hesablarından pulun oğurlanması üçün nəzərdə tutulmuş zərərli proqramların həcmi təxminən iki dəfə artıb. "Belə proqramların köməyi ilə həyata keçirilmiş hücumların təxminən 89%-i rusiyalı istifadəçilərin payına düşür" – şirkətdən bildirilib.
 
 
"Kasperski Laboratoriyası"nın məlumatına görə, “Tor” anonim brauzerindən yalnız fərdi məlumatların oğurlanmasının qarşısını almaq üçün deyil, həm də cinayətkar məqsədlər üçün istifadə edirlər.
 
Emil Hüseynov




18/04/14    Çap et