Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Finlandiyada internetə çıxışa malik qəhvə fincanı yaradırlar


Finlandiyalılar internetə çıxışa malik qəhvə fincanı yaradıblar. “Paulig” qəhvə şirkətindən bildirilib ki, yeni qurğuda unikal texnologiyadan istifadə olunub.
 
“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, fincan ekran və “Bluetooth” modulu ilə təchiz edilib. Sonuncunun  köməyi ilə məlumatlar smartfona ötürülür. Fincana qaynar içki tökən zaman yaranan istilikdən əldə olunan enerji hesabına ekran açılır.
 
“Bluetooth” vasitəsilə fincanın ekranına istənilən şəkli yerləşdirmək mümkündür. Bundan başqa, fincanı smartfona qoşduqdan sonra sonuncunun ekranında qəhvənin temperaturu görünəcək. Bununla da qəhvənin isti olub-olmamasını təyin etmək mümkündür.
 
Maraq üçün bildirəkki, finlandiyalılar qəhvədən istifadəyə (il ərzində adambaşına 12 kq-dan çox) görə dünyada birinci yerdə qərarlaşıblar. Qeyd edək ki,  dünyada adambaşına orta hesabla 5 kq-dan çox qəhvə düşür.
 
Sözügedən fincan 2015-ci ilin əvvəlində satışa çıxarılacaq.
 
Emil Hüseynov




18/04/14    Çap et