Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkətinin ödənişsiz ofis paketi əlavəsi 100 milyon dəfə yüklənilib


"Apache Open Office" ofis paketi istifadəçilər tərəfindən 100 milyon dəfə yüklənilib. "Open Office" paketinin çıxarılmasından iki il vaxt keçib. Ofis paketi ödənişsizdir.
 
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki,  "Open Office" ofis paketinin kodu bütün şəxslər üçün açıqdır. Ofis paketi ilə mətn sənədləri yaratmaq və redaktə etmək, həmçinin təqdimatlar, məlumat bazaları yaratmaq mümkündür, riyazi düstur redaktoru, vektor qrafikası üçün alət mövcuddur.
 
"Open Office" üçün 750-dən çox genişlənmə və 2800 şablon yaradılıb. Beləliklə, ödənişsiz ofis paketi "Microsoft Office" üçün ciddi rəqibdir.
 
"Mən çox razıyam ki, layihə iki il ərzində belə yüksək nəticə əldə edib. Bu, könüllülər komandasının istedad və fədakarlığının göstəricisidir" –  "Apache Open Office"in vitse-prezidenti Andre Pesketi deyib.
 
Emil Hüseynov




19/04/14    Çap et